GƏNCƏ "BT"-NİN RƏİSİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Xəyal İsmayılovun təqdimatını verən məmurun başı dərddə!

Baxış sayı:
2221

15 noyabr 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin olunan Xəyal İsmayılov bu günlərdə işdən azad olunub.
Muxalifet.az
Hurriyyet.az-a istinadən xəbər verir ki, bu barədə mötəbər qaynaqlara istinadən məlumat verir.
Bildirilir ki, bu vəzifəyə Bakıdan çox böyük ümidlərlə göndərilən Xəyal İsmayılov nəinki sələfi Abdulla Abdullayevin yaratdığı problemləri həll edə bildi, əksinə, çoxsaylı qanunsuz əməlləri ilə qısa müddətdə şəhərdə ad çıxardı. Məlumata görə, elə onun işdən çıxarılması da məhz qanunsuz əməlləri ilə bağlıdır.
Ən maraqlısı isə odur ki, vaxtilə X.İsmayılovun bu vəzifəyə təyin olunmasına zamin duran indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbər şəxslərindən birinin də bu məsələdə “başı ağrıya” bilər. Çünki Xəyal İsmayılovun qanunsuz əməlləri ilə bağlı bu gün həmin məmurdan hesabat tələb olunur ki, belə bir məsul vəzifəyə yarasız bir şəxsin təqdimatını verərkən və ona zamin durarkən nə kimi marağı olub?! Mənbənin sözlərinə görə, bu baxımdan hazırda yüksək vəzifədə çalışan həmin şəxsin də öz işində qalıb-qalmayacağı şübhəlidir. Yəni bu faktla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərindən birinin işdən çıxarılması da an məsələsidir.
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.