Gizli layihəni Rusiyaya sızdıran agent yaxalandı - ​UKRAYNADA ŞOK ƏMƏLİYYAT

Baxış sayı:
2206

Ukrayna Kəşfiyyat Xidmətinin həyata keçirdiyi əməliyyatla ölkədə raket istehsalı ilə bağlı gizli məlumatları Rusiyaya sızdırmağa çalışan agent yaxalanıb.
Yerli media xəbər verir ki, uğurlu əməliyyat bu günə kimi toqquşmaların davam etdiyi Luqanskda baş tutub.
Məlum olub ki, agent məlumatları Rusiya Federasiyasına pul müqabilində ötürməyi planlaşdırıb. O, vətənə xəyanət, gizli sənədlərin sızdırılması ittihamları ilə mühakimə olunacaq.
Bildirək ki, bu yaxınlarda Ukrayna Kəşfiyyat Xidməti ölkənin Silahlı Qüvvələrində əməliyyat keçirib. General Valeri Şaytanov Rusiyanın Kəşfiyyat Xidmətinə işlədiyinə və Ukraynada cinayət planı təşkil etdiyinə görə saxlanılıb./Publika.az