Fransız diplomatın etirafı: BƏRZANİNİ SƏHV YÖNƏLTDİK

Fransız diplomatI Frederik Tissot Bərzaninin istefasından sonra tarixi etiraflar edib.
 
Mübahisəli müstəqillik referendumunun simvol anlarının hekayəsini anladacağıq sizə. Bu, o anlar idi ki, bir qrup Qərbli diplomartla Bərzani alma kəsərkən çəkdirdikləri referendum öncəsindəki fotoşəkli deyirik. Referendumdan bir gün sonra çəkilən bu şəkil çox müzakirə edildi, hətta prezident Ərdoğan belə bu anlara biganə qalmadı, "Bərzani, yəqin ki, bunlardan alır gücü" deyə, fikir bildirdi. Fransız diplomat Frederik Tissot orada iştirak edən şəxslərdən biri idi.
Tissot 2008-2012 illər arasında Fransanın ilk Ərbil Konsulu olub. O zamanlarda da ölkəsinin nüfuzlu universitetlərindən “Sciences Politiquest”ə dərs deyirdi. Bəs bu diplomatın “Kürd” siyasətinə marağı haradan gəlir? Tissot əslində tibb doktorudur. 1980-ci illərdə 3 il ərzində İraqın Kürd bölgəsində fəaliyyət göstərib. Dediyinə görəKürd xalqı ilə həkimlik dövrümdə tanış olub və necə bir ədalətsizliyin qurbanı olduqlarını görüb. Referendumun Kürdlər üçün yaxşı olmayan nəticələri ortaya çıxandan sonra “Habertürk” olaraq Tissota əlaqə yaratmağa çalışdıq. Parisdəki evindən Skype vasitəsilə görüşə bildik.
İlk sualımız şəkil barədə oldu: “Çox danışılan bir şəkiliniz vardı. Siz və daha bir neçə Qərbli diplomat, Bərzaninin yanındasınız. Bu şəklə hətta prezident Ərdoğan da reaksiya göstərdi və "Yəqin ki, bu şəxslərdən güc alır" - dedi. Sonradan sizin Bərzanini səhv idarə etdiyiniz də deyildi”.
 
BARZANİ SƏHV YÖNƏLTDİK
 
Doğrudur, səhv yönəltdik. Haqlıdırar. Referendumdan sonra Kürd xalqı üçün ortaya çıxan nəticəyə baxın! Aparılan təhlillər, verilən məsləhətlər yanlış idi. Bu, mənim üçün bir şərəf deyil artıq, utancdır. Fotoya gəldikdə isə, referendumda öncə çəkilib. Səlahəddində günorta yeməyi üçün görüşmüşdük.
 
 
Tissot (sağda) və İran KDP-sinin öldürülən lideri Əbdürrəhman Kasımlo, 1981 ildə İranda


 
Məsud Bərzani Kürd rəsmiləri və bir qrup Qərbli diplomatla referendumun ertəsi günü naharda. Bərzaninin solundakı Fransa diplomatı Tissotdur. Onun sol tərəfindəki keçmiş Fransa xarici işlər naziri Bernard Kouchnerdir. Bərzaninin sağındakı isə Fransız sosioloq Bernard Henri Levy-dir.

"BƏRZANİ ALMANI KİMSƏ İLƏ BÖLÜŞMƏDİ, HAMISINI ÖZÜ YEDİ
 
Jurnalist soruşur: “ Hamınız bir masa ətrafındasınız və Bərzani bir alma kəsirdi. Bu şəkli hər kəs fərqli şərh etdi.”
“Bəli, Bərzani "Son Axşam Yeməyi" portretindəki İsa kimiydi. Çox gülməlidir. Yeməkdən sonra bizi meyvəyə qonaq etdilər. O zaman qonaqlardan bəziləri Bərzani ilə danışmaq üçün yanına getdi. Sonra içlərindən biri fotoşəkil çəkmək istədi və hər kəs şəkil çəxdirmək bir yerə toplaşdı.
 
 
 Frederik Tissot
 
“Bərzani kəsdiyi almadan sizinlə də paylaşdımı?”

“Xeyr, hamısını özü yedi (Gülür). Bərzanini yaxşı tanıyıram. Qarşılıqlı hörmətimiz var”.
“İndiki Bərzaniyə nə təklif edərdiniz? Referendumu təxirə salmağımı?”
“Bəlkə də. İmperialistlər çox zaman sizə "Yox, gözlə. Sabah etsən daha yaxşı olar, sevimli uşağım, daha çox balacasan" deyirlər. Mənim təklifim bu idi. Xeyr, bu səhv idi. Və nəticələrə baxılsa, təklifim yanlışdı. Amma yenə də tamamilə səhv saymıram. Çünki İraqın, Suriyanın gələcəyində sabitlik, hüzur görmürəm. Beynəlxalq ictimaiyyət nə zaman masaya oturub, sülhü təmin etmək qərarı verəcək? Bu olduğu zaman Kürdlər də masada yerini almalıdır.”
 
 
 Tissot Bərzanidən xidmət ordeni alarkən, 2013
 
“Bərzani referendum nəticələrini dondurmağı təklif edib, ancaq Bağdad "Ləğv et" dedi. Ərbil nə etməlidir?”
“İbadi ilə müzakirə etməlidir. Bərzaninin nəticələri ləğv etmə kimi bir gücü yoxdur. Sandıqlara atılan səsləri gerimi toplayacaq? Məsələn, Birləşmiş Millətlər xüsusi nümayəndə təyin etməlidir.”
 
"YENİ PREZİDENT SEÇKİSİ KEÇİRİLMƏLİDİR
 
“Bərzaninin vəzifəni təhvil vermək qərarına nə deyirsiniz?”
“Cəsur bir qərardır. Digər Kürd partiya liderləri də eyni şeyi etməlidir. Ərbil, Bağdadla bazarlığı davam etdirməlidir.”
“Yerinə qardaşı oğlu, ya da oğlunun keçəcəyi danışılır.”
“Bu doğru olmaz. Prezident seçkisi keçirilməlidir. Sədr müavini Kosret Rəsul var, KYB-lidir, ancaq Tələbani ailəsindən deyil. Məncə, seçkiyə qədər hakimiyyət onda olmalıdır.”

Müxalifət.az