SON DƏQİQƏ: Fransada həyat durdu, genişmiqyaslı tətil keçirilir /Video

Baxış sayı:
17170

Fransada həmkarlar təşkilatları ölkə ərazisində genişmiqyaslı tətil keçirir.
Muxalifet.az "Trend"-ə istinadla bildirir ki, tətil ölkə prezidenti Emmanuel Makronun təklif etdiyi pensiya islahatları ilə əlaqədardır.
Yeni qaydalara əsasən, pensiya yaşının artırılması, daha tez pensiyaya çıxanların az pensiya alması təklif olunur.
Ümumölkə tətili nəticəsində nəqliyyat sisteminin işində ləngimələr yaranıb. Sürət qatarları və şəhərlərarası qatar reyslərinin 90 faizi təxirə salınıb.
Paytaxt Parisdə şəhər metrosunun 16 xəttindən yalnız 5-i işləyir.
“Air France” aviaşirkəti daxili uçuşların 30 faizini, eləcə də qısaməsafəli xarici uçuşların 30 faizini ləğv edib.
Parisdə polis nümayişçilərə gözyaşardıcı qaz ilə müdaxilə etdi. Demək olar ki, bütün şəhərlərdə, xüsusən də Parisdə yüz minlərlə insan nümayişlərdə iştirak etdi. Minlərlə etirazçı şimaldakı Mulhouse şəhərindəki küçələrə axışıb.
Muxalifet.az