ÇİN VƏ ÜST ARASINDA SENSASİON ANLAŞMA ÜZƏ ÇIXDI! – ÜST dəhşətli virusun yayılmasını niyə uzun müddət gizlədib...

Baxış sayı:
2583

FƏLAKƏTLİ KORONAVİRUSLA BAĞLI ÇİN VƏ ÜST ANLAŞMASI – Dəhşətli virusun yayılması haqda şok faktlar; 110 ölkə obyektiv qərar gözləyir…1948-ci ildə qurulduğu gündən bu əsrin ilk onilliyinə qədər ÜST əsasən “çiçək”, poliomielit və vərəmlə mübarizədə yetərli sağlamlıq infrastrukturu olmayan yoxsul ölkələrə dəstək verməklə tanınırdı. Bununla birlikdə 2006-cı ildə baş direktor təyin edilmiş Marqaret Çan və 2017-ci ildən bu yana onun sələfi Tedros Adhanom Ghebreyesus-un rəhbərliyi ilə ÜST bir qalmaqaldan o birinə düşdü. 2009-cu ildə “donuz qripi”nə və 2014-cü ildə “ebola” xəstəliyinə qarşı mübarizədə uğursuzluğa düçar olmaqdan başqa, ÜST-ün adı xərc maliyyə xərcləri qalmaqalına da qarışdı.
Əvvəllər Efiopiyanın səhiyyə naziri, sonra xarici işlər naziri vəzifəsini icra edən Tedros, Çinin Afrikadakı körpücük nöqtəsinə çevrilən Addis Ababa ilə yaxın münasibətlərini əks etdirən rəsmi Pekinin dəstəyi ilə ÜST-yə rəhbər seçildi.
ÜST hazırda daha çox koronavirus haqqında məlumatı ört-basdır etməklə Çinin tərəfdaşı olmaqda ittiham olunur. Çünki Tedros Pekinin virusun mənşəyi, yoluxma, yayılma və ölüm halları barədə məlumatları bir aydan çox müddətdə gizlədiyi zaman Çinin "şəffaflığını" dəfələrlə tərifləyirdi. ÜST-nin peşəkar heyəti, təşkilatın koronavirusa cavab reaksiyasını Pekinin diktəsi ilə etdiyi üçün tənqidlərlə üzləşməsinə baxmayaraq (xüsusən ÜST-nin Tayvanı xaric etməsi ilə əlaqədar), ÜST əleyhinə olan narazılığın yükü Tedrosun özünə yönəldi.
Axı, Tedros yanvarın 11-də Çinin Milli Səhiyyə Komissiyasının direktoru - Tedrosun bir tvitdə "qardaş" adlandırdığı Ma Xiaowei - koronavirusun genetikası haqqında məlumatı vaxtında paylaşdığına görə alqışladı, əslində Pekin çinli həkimləri araşdırmasından sonra 10 gün ərzində bu həyati məlumatın ötürülməsini təxirə saldı. Yanvarın 5-dən 17-dək Çin koronavirusa yeni yoluxmanın olmadığını elan edəndə - bizim yoluxmanın səngiməsi bildiyimiz dövrdə Vuhandakı yoluxma partlama halında idi, ÜST isə bunu ört-basdır etdi. Çindən aldığı məlumatlara əsasən, ÜST yanvarın 12-də dünyanı "koronavirusun insandan insana ötürülməsinə dair dəlil olmadığına" əmin etdi. Əslində, çinli həkim dekabrın 27-də xəstəliyin "yoluxucu" olduğu qənaətinə gəlmişdi.

ÜST Çinin fırıldağında əlbir oldu, yoxsa sadəcə inandı? 

Yalnız ÜST-nin üzv dövlətlərdəki nümayəndələri tərəfindən seçilmiş - Ümumdünya Səhiyyə Assambleyasının aparacağı müstəqil, qərəzsiz istintaq bunu dəqiq deyə bilər. Lakin Çinin bu quruma təzyiqini və istintaqın Pekin tərəfindən təqdim olunan sübutlardan asılılığını nəzərə alsaq, istintaq heç vaxt bu məsələyə aydınlıq gətirə bilməz.
ÜST-nin koronavirus reaksiyasını əhatə edən mübahisəli sübutların çoxu vəziyyətin qarışıq olduğuna işarə edir. Və bu qarışıqlıq Tedrosun özündən irəli gəlir. ÜST artıq bilirdi ki, bu anda Vuhan xəstəxanalarında xəstələr karantinə alınır və Çin həkimləri infeksiyaya qarşı bütün ehtiyat tədbirlərini alırlar.
Dekabrın 31-də Vuhanda neqativ halın olduğu haqda ilk xəbərlərdən dərhal sonra Honq Konq və Tayvan hava limanlarında gələn salonlarda temperatur müayinəsinə başlandı və xəstəxanalar kəskin tənəffüs xəstəlikləri üçün xəbərdar edildilər. Sinqapur yanvarın 3-də məhkəməyə müraciət etdi. Yenə də 5 yanvarda ÜST dünyanı bu cür tədbirlərin gərəksiz və şişirdilmiş olduğuna inandırdı. Bir çox ölkələrin ilk ictimai sağlamlıq məsələlərinə qərar verəcəklərinə dair bildirişdə ÜST "insandan insana yoluxmaya dair dəlilin olmadığını və tibb işçisinin infeksiyaya tutulmadığını" israr etdi.
ÜST-nin məlumat əldə etməkdə səhlənkar olması, ya da bilsə də, Çini dünyaya ifşa etməklə narazı salmaq istəməməsi barədə araşdırma aparılacaq. ÜST qrupu 20 və 21 yanvar tarixlərində Vuhanı ziyarət etdikdə, ən azı 16 tibb işçisinin yoluxduğunu tapdılar. O vaxt ictimaiyyətə bildirilmədi, onlardan biri daha sonra xəstəlikdən vəfat edən və zamanında həyəcan siqnalı çalan həkim Li Wenliang idi.
Tedros BBC-nin xəbərlərini oxusaydı, bilərdi ki, yanvarın 3-dən etibarən Çin hakimiyyəti “internetdə təsdiq olunmamış yalan xəbər yayımladığı üçün” 8 həkimi cəzalandırdı. BBC-də açıqlanan yalan informasiya “Çin sosial mediasında 2002-2003-cü illərdə SARS-a bənzər Vuhan sətəlcəminin ortaya çıxması haqda xəbərləri əks etdirdi. Yeni xəstəliyin tanıdılması yerinə, informasiyanın yayılmasına görə həkimlərin cəzalandırılması Çinin şəffafflığı barədə ÜST-də həyəcan siqnalı olmalı idi. Bunu yerinə hesabat və hadisə cavabsız qaldı. Yanvarın 22-də Çin Xəstəliklərə Nəzarət Mərkəzləri nəhayət ki, “koronavirusun “SARS” kimi öldürücü, təhlükəli olmasa da, “yüksək dərəcədə yoluxucu” olduğunu etiraf etdi. O vaxta qədər bu virus Çinin Hubey əyalətindən ölkənin digər 12 bölgəsində, o cümlədən Yaponiya, Cənubi Koreya, Tayvan və Taylandda yayılmışdı və bunlar ÜST-yə bildirilmiş təsdiq olunmuş hallar idi. 24 yanvara qədər bu hal artıq Honq Konq, Makao, Vyetnam, Sinqapur və ABŞ-da da görüldüyü bildirildi. Elə həmin gün ÜST beynəlxaq nəqliyyatda hər hansı bir məhdudiyyət tətbiq edilməsinin əleyhinə öz tövsiyyələrini bir daha təsdiqlədi.
Maraqlıdır ki, ÜST Çinə “yoluxmuş ərazilərdəki beynəlxalq hava limanlarında çıxış yoxlaması keçirilməsini” tövsiyə etsə də, Çindən sərnişin qəbul edən digər ölkələrə giriş yoxlaması keçirməyi tövsiyə etməyib.     

ÜST Çindən çıxış zamanı temperatur yoxlamasını tövsiyə etdi, lakin ölkəyə giriş yoxlamalarını, inkubasiya dövründə olan səyahətçilərin qızdırması olduğunu gizlətməyə və böyük vəsait tələb edəcəyini əsas gətirərək, qarşısını aldı. Sonrakı cümlədə ÜST etiraf etdi ki, “qeydə alınan yoluxma hallarının əksəriyyəti ölkəyə giriş yoxlaması zamanı aşkar edilmişdir”. Bir sözlə, ÜST-nin mesajı belə idi: “Heç bir şey etmə, Çinin bu virusu yaymasına imkan ver”. Belə çıxır ki, Çin müxtəlif ölkələrə virusla yoluxmuş adamlar göndərərək virusu qəsdən yayıb??
Bu mesaj digər ölkələr tərəfindən alındı. Məsələn, Avstraliyanın baş tibb mütəxəssisi Brandan Murfi, ÜST-nin tövsiyələrini nəzərə alaraq belə nəticəyə gəldi ki, “Çindən birbaşa uçuşa qadağa qoyulmasından” daha çox, “Çindən gələn çıxışları dayandırmaq” daha effektiv yoldur.
Son olaraq isə, ÜST-nin məsləhətləri “ictimai sağlamlıq ölçüsü” deyildi, lakin hamını inanmağa və tabe olmağa məcbur etdi. ABŞ-da “Washington Post” nəşri ictimai sağlamlığa dair əməkdaşlığı pozduğuna görə ABŞ və digər ölkələri cəzalandıran açıqlama dərc etdi.
Yanvarın 30-da ÜST-nin Təcili Yardım Komitəsi koronavirusun yayılmasını əks etdirən "Beynəlxalq Narahatlıqların İctimai Sağlamlığı" bəyanatını elan etdi. Bəyanatın istəksiz verildiyini açıq şəkildə sətirləri arasında oxumaq olar. ÜST vurğuladı ki, bu bəyanat “Çinə, onun xalqına və Çinin ön cəbhələrdə gördüyü hərəkətlərə dəstək və təşəkkür kimi” görülməlidir. ÜST digər ölkələrə "xəstəliyi erkən aşkarlamaq, halları təcrid etmək və müalicə etmək, münasibətləri təcrid etmək və sosial uzaqlaşma tədbirlərini təşviq etmək üçün güclü tədbirlər görməyi" tövsiyə etdi.
Ancaq bir daha ÜST “bu cür hərəkətlərin diskriminasiya və ayrı-seçkiliyə” gətirə biləcəyini bəhanə gətirərək ,"hər hansı bir səyahət və ticarət məhdudiyyətinin” əleyhinə çıxış etdi. Lakin bu dəfə daha da irəli getdi və ölkələrə "beynəlxalq trafikə müdaxilə etdiyini" xatırlatdı. Onu da bildirdi ki, “48 saat ərzində insan sağlamlığına dair məlumatları ÜST-yə göndərməlidir ".  ABŞ, 31 yanvar tarixində vətəndaşlığı olmayan şəxslərin Çindən ölkəyə girməsini qadağan edəndə, ekspertlər və ÜST nümayəndəsi məhdudiyyətlərin "dağıdıcı" və "sosial iflasa" səbəb ola biləcəyini qınadı. Avstraliya və Sinqapur Birləşmiş Ştatların rəhbərliyinin arınca eyni qərarı alıdıqda, Çin XİN sözçüsü Birləşmiş Ştatların "dayanmadan çaxnaşma yaydığını" dedi.
Fevralın 3-də Tedros ÜST-nin Çindən səyahətlərin qadağa edilməsinə qarşı tövsiyələrini təkrarladı. O, başqa ölkələrin öz məhdudiyyətlərini tətbiq etmək əvəzinə, koronavirusun xaricə yayılmasına nəzarət etmək üçün Çinə etibar etməyi tələb edərək, “Çin olmasaydı, Çindən kənarda koronavirusa yoluxma sayı çox olacaqdı” dedi.  Ertəsi gün Tedros, “kiçik ictimai sağlamlıq xatirinə, ayrı-seçkilik və artan qorxuya səbəb ola biləcəyi” üçün ölkələri səyahət məhdudiyyətlərini ləğv etməyə çağırdı.
Səhiyyə infrastrukturu bərbad olan və beynəlxalq təşkilatlardan asılı olan bir çox ölkələr ÜST tövsiyələrinə itaət etdilər. Yanvarın 31-də Çinin müxtəlif şəhərlərindən uçuşları təxirə salan bu ölkənin müttəfiqi olan Pakistan, onları martın 21-də təxirə salmaq üçün fevralın 3-də uçuşları bərpa etdi.
Efiopiya digər qitənin Çinin əsas qapısı olan Əddis Əbəbə hava limanı vasitəsi ilə Afrikaya virusun daxil olmasının qarşısını almaq üçün ümidsiz qalan Şərqi Afrika ölkələrinin xahişlərinə baxmayaraq Çinə və oradan uçuşları davam etdirdi.
Fevralın 26-da Tedros ona inanmağı “dilənərək” iddia etdi: “Bu virusun davamlı və intensiv bir şəkildə cəmiyyətə ötürülməsini görmədik və geniş miqyaslı ağır xəstəliyin və ya ölümün şahidi deyilik". Eyni gündə rəhbərşlik etdiyi təşkilatı 38 ölkədə və Tayvanda 81109 təsdiqlənmiş koronavirus hadisəsinin, o cümlədən 2762 qeydə alınmış ölümün və bütün dünya üçün bir risk səviyyəsinin yüksək olduğunu bildirdi. Yenə bir daha, Fevralın 29-da ÜST təsdiqlədi ki, "COVID-19 yayılması ilə qarşılaşan ölkələrə səyahət və ya ticarət məhdudiyyətlərinin tətbiq edilməsinə qarşı göstərişlər verir".
Öz-özünə ziddiyyətli qəribə hadisədə, ÜST əsaslandırır ki, "malların və insanların hərəkətini məhdudlaşdırmaq effektiv deyil”. ÜST-ün qəribə mesajından belə çıxır ki, Çinin əhalisini təcrid hüququ var, digər ölkələr Çindən təcrid olunmağa cəsarət etməməlidirlər.
ABŞ Prezidenti Donald Tramp və tərəfdarları, ABŞ-ın maliyyəsini daim azaldacağını və təşkilatdan çıxacağını təhdid edən Tedrosa 18 may məktubunda yazdığı kimi, "Ümumdünya Səhiyyə Təşkilatının Çini tərifləməkdə israrlı olduqlarını" düşünən tək qüvvələr deyil . Artıq 110-dan çox ölkə ÜST-nin koronavirus böhranı ilə əlaqəsi barədə araşdırma tələb etdi. Zaman istintaqın nə qədər qərəzsiz və müstəqil olacağını izah edəcəkdir. Ümumdünya Səhiyyə Assambleyasının istintaqı tələb edən rəsmi qətnaməsində Çinin adı çəkilmir, buna görə Çin bunda ittiham olunmağa razılıq verməyə də bilər. Qətnamə həmçinin təklif edir ki, istintaq “lazım olan hallarda mövcud mexanizmlərdən” faydalana bilər. Yəni ÜST özünü ittiham etməyi qəbul etməsə təəccüblənməyin. Və əgər bu ittiham nəticəsində ÜST və ya Çin koronavirus pandemiyasında günahlandırılmasa, onda heç təəccüblənməyin.
Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA
Mənbə: “Foreigin Policy”