Evində lüt gəzən qadın həbs edildi - Məhkəməsi keçiriləcək - FOTO

Baxış sayı:
7359

ABŞ-ın Yuta şəhərində evində çılpaq gəzən qadın barəsində cinayət işi açılıb.

Publika.azxəbər verir ki, Talli Bukanan adlı qadın ögey övladlarının anasının şikayəti əsasında tutulub.

Belə ki, bir müddət əvvəl Bukananın ərinin ilk evliliyindən olan uşaqları onun evinə gəlib. Bu zaman uşaqlar qadının qarajda çılpaq vəziyyətdə nəyisə təmir etdiyini görüblər. Sərxoş vəziyyətdə olan Tilli Bukanan uşaqlara məəl qoymayıb və paltar geyinməyib.

Daha sonra hadisə barəsində uşaqlar doğma analarına danışıblar. Həmin qadın Tilli Bukananın sərxoş vəziyyətdə yetkinlik yaşına çatmamış uşaqların psixologiyasını zədələmək iddiası ilə ondan şikayət edib.

Bildirilir ki, T.Bukanan barəsində 3 maddə ilə cinayət işi açılıb və onu 10 ilədək həbs cəzası gözləyir.