​"EuroHome"un sahibi də bazara gəldi və... - FOTO

Baxış sayı:
8296

Xəbər verdiyimiz kimi, "EuroHome" tikinti materialları bazarında malları yanan sahibkarlar Bakı-Sumqayıt yolunu bağlamağa cəhd ediblər. Yeniavaz.com-un hazırda "EuroHome"da olan müxbirinin verdiyi məlumata görə, "EuroHome"un sahibi Azay Möhnətov da bazara gəlib, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevlə görüşür. Qeyd edək ki, FHN-in istintaq komisiyasının rəhbəri də hadisə yerindədir. Əlavə məlumat veriləcək.