Etirazçılar parlamentə basqın etdilər: Abxaziya lideri istefa verdi
Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən Abxaziyada oktyabrın 30-da Rusiya ilə imzalanan investisiya müqaviləsinə reaksiyalar davam edir.
Muxalifet.az xəbər verir ki, müxalifətin başçılıq etdiyi çoxlu sayda etirazçı sazişin təsdiq üçün deputatlara təqdim olunacağı Abxaziya parlamentinin qarşısına toplaşıb.
Bijanya müxalifətlə danışıqlardan sonra açıqlama verib.
Qeyd edək ki, o, imzaladığı sənədi də sosial media hesabında yayıb:
“Ölkədə sabitliyi və konstitusiya quruluşunu qorumaq üçün istefa verirəm”.
Bijanya həftələrdir intensiv etirazlarla üzləşib. Moskva ilə imzalanan investisiya müqaviləsi Rusiya şirkətlərinə regiondakı layihələrə sərmayə qoymağa imkan verib.
Bunun üzərinə polisin gözyaşardıcı qaz bombaları ilə müdaxiləsinə baxmayaraq, qanuna qarşı çıxan etirazçılar paytaxt Suxumidə parlamentə daxil ola bilib. Bijanyanın istefasından sonra etirazçılar parlament binasından geri çəkiliblər.