Ermənistan Gürcüstandan üzr istədi - DİPLOMATİK KANALLAR VASİTƏSİLƏ

Baxış sayı:
2447

Ermənistanın Səhiyyə Nazirliyi Gürcüstanın səhiyyə sistemini tənqid etdiyinə görə diplomatik kanallar vasitəsilə rəsmi Tbilisidən üzr istəyib.

“RİA Novosti” xəbər verir ki, Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanı epidemiya əleyhinə tədbirsizlikdə ittiham edərək onun əleyhinə sərt ifadələr işlətmişdi.

Torosyan bildirmişdi ki, Covid-19 əleyhinə mübarizədə Gürcüstanda qəbul edilmiş məhdudiyyətlər Ermənistandakından daha təsirli olsa da, bu pis nəticələrə gətirib çıxardı: ölkədə malların maya dəyəri artdı, milli inflyasiya baş verdi. Bundan başqa, Gürcüstanın epidemiya əleyhinə sistemi və səhiyyəsi pis vəziyyətdədir.