Ermənilərin İsraildə ilk “anti-türk əməliyyatı”: Qondarma soyqırımla bağlı abidə ucaldılacaq!

Baxış sayı:
8995

Ermənilər İsraildə qondarma “erməni soyqırımı” ilə bağlı abidə ucaldacaq.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə “Ermənistan-İsrail” İctimai Forumunun həmsədri Aleksandr Zinker məlumat verib.
A.Zinkerin sözlərinə görə, İsrail tərəfi belə bir abidənin inşası üçün icazə versə də, abidə ermənilərin öz vəsaiti hesabına ucaldılacaq. Artıq abidənin inşası üçün gərəkli olan vəsaitin əldə edilməsi ilə bağlı ianə kampaniyasının başladıldığı vurğulanır. Abidənin İsrailin Petah Tikva şəhərində ucaldılması planlaşdırılır.
Xatırladaq ki, əgər İsraildə həqiqətən də belə bir abidənin ucaldılması reallaşarsa, bu ermənilərin yəhudi dövlətində həyata keçirdiyi ilk ciddi “anti-türk əməliyyatı” olacaq”.