Ermənilər gürcü səfirin avtomobilini qarət etdi

Baxış sayı:
3132

Gürcüstanın Ermənistandakı səfirliyinin avtomobili qarət edilib. APA-nın xəbərinə görə, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb. “Mercedes” markalı “14 D 001 AM” diplomatik nömrə nişanlı avtomobil dekabrın 13-dən 14-nə keçən gecə İrəvanın Tumanyan küçəsində park edilib. Oğrular gecə avtomobilin bahalı yan şüşələrini söküblər. Hadisə ilə bağlı Ermənistan polisi və Gürcüstan səfirliyi açıqlama verməyib.