Erməni hərbçilər qəzaya düşdü - 1 ÖLÜ, 1 YARALI

Baxış sayı:
7891

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində avtoqəzalar nəticəsində ölən və yaralananların sayı artmaqdadır.
Erməni KİV-ləri xəbər verir ki, Madagiz yaşayış məntəqəsində yerləşdirilən artilleriya divizionunda xidmət edən iki zabitin içərisində olduğu avtomobil qəzaya uğrayıb. Hərbi polisin raportunda deyilir ki, zabit idarə etdiyi avtomobillə sürət həddini aşdığından nəqliyyat vasitəsi idarəetməni itirib və maşın yaşayış məntəqəsinin girəcəyində yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində hər iki zabit ağır bədən xəsarətləri alıb. Onlardan biri yolda ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb və hərbi polis tərəfindən araşdırma aparılır.(AzərTAc)