Elçibəy zirvəsi…

Bu yüksəkliyə daş atanlar, onun bir gün özlərinə tərəf qayıdacağını bilməlidirlər…

Sosial şəbəkədə Emin Millinin təqdimatında, həm də uzun-uzadı, pafoslu, amma vizual görüntüdən başqa heç bir tarixi fakta, obyektiv arasdırmaya istinad etmədən bir təqdimatda Yalcin Nəsirovun "Kələki çıxmazı" adlı səbəbini müəyyən edə bilmədiyim bir nifrətdən doğan "yazı"sını oxudum...
Əvvəl basa duşmədiyim bir şey var, bunlar niyə məhz indi ağız-ağıza verib bu "ara mahnıları"nı oxumağa başlayıblar? Elçibəyin dissidentliyini muzakirəyə çıxarmaq cəhdi kifayətdir ki, həmin yazının bu "yazar"ların vətənpərvərlik və vətəndaşlıq niyyətlərindən doğan mövqe olmasına şübhə edəsən.
Müəllif niyyətini izah etməyə çox uzaqlardan, xatirələrdən başlayır. Özü haqqında oxumuş və məlumatlı adam imicini formalaşdırandan sonra zəhərini tökür...
Elçibəyin hakimiyyətə gəldiyi şəraiti, hakimiyyət dönəmini, etdiklərini, hazır proqramlarını... görmədən dərhal iyun hadisələrinə görə Elçibəyi düşmən kimi təqdim etmək cəhdi heç vaxt obyektiv munasibətin göstəricisi sayıla bilməz.
1992-ci ilin mart ayı boyu Elçibəyin çıxışlarını, mövqeyini, tələblərini ötəri də olsa nəzərdən keçirən adam bu qədər haqsızlıq etməməlidir. 1992-ci ilin may ayındakı vəziyyəti, dövlətin durumunu, cəbhə xəttindəki durumu, maliyyə durumunu... bilmədən və öyrənmədən bu qədər nifrətli epitetlər, cümlələr qurmaq olmaz. Əgər bu haqsızlıqlar edilirsə, bu nifrətli sözlər yazılırsa, həm də məhz indi, Elçibəyin vəfatı ildönümündə və seçkilər qabagı (sanki Elçibəy sağdır və prezidentliyə namizəddir), heç kim məni müəllifin səmimiliyinə inandıra bilməz. Tənqid də, nifrət də səmimi olanda, faktlarla, eyni səmimiliklə fikirlərdə dəyişiklik etmək olar, həqiqətin tapılmasını təmin etmək olar. Amma, əgər səmimi deyilsə, ha özünü öldür, adam deyəcək ki, "sən nə çalırsan çal, mən "Heyvagülü" oynayacam".
1993-cü ilin iyun ayında baş vermiş hadisələrdən - hökümətin müəmmalı və biabırçı şəkildə məğlubiyyətindən sonra Əliyevin Bakıya çağırılması fikrinə ən sonda qoşulan Elçibəy olub. Bunu vicdanlı, hətta yarımvıcdanlı istənilən məlumatlı adam təsdiq edə bilər! Müharibə gedə-gedə vətəndaş qarsıdurması yaratmaq, ya da cəbhə xəttindən hakimiyyətin müdafiəsinə qüvvə cəlb etmək fikri Elçibəy kimi bir adam üçün qətiyyən məqbul variant deyildi. Bir qrup hökumət üzvü qiyamçıların əlində girov idi, hakimiyyətdə ruhdüşkünlüyü var idi, qiyamçılarda isə ruh yuksəkliyi. Üstəlik, özünün imkanlarından basqa Turkiyənin, Rusiyanın əhəmiyyətli dairələrinin, Iranın dəstəyini ala bilmiş qiyamçıları öz emissarları vasitəsilə idarə  edə  bilən Əliyev, ölkənin qana bulamağa, istənilən qədər torpaq isğalına razı və hazır idi. Transmilli korporasiyaların anti-Elçibəy əhval-ruhiyyəsinə hakimiyyətin analoji situasiyalar üçün təcrubəsiz olmasını da əlavə etsək, Turkiyə dövlət başçısı  S.Dəmirəlin "Haydarı Bakiya davet et..." tovsiyəsi (əslində basqısı) da göz önünə gətirilsə, Elçibəy nə etməli idi?! Amma bu sualın cavabını az da olsa vicdanla və səmimi olaraq axtaraq....
Məlum yazıda bir illik hakimiyyətin heç bir müsbət fəaliyyətinə qiymət verilmədiyinə görə, mən də başqa mövzulara toxunmadim. Və ümumiyyətlə bu tip qərəzli yazılara çox da diqqət yetirməyin tərəfdarı  deyiləm. Çünki bu halda qərəz niyyətinə qovur...

Daşqın Ağalarlı