ERMƏNİ HƏRBÇİLƏRİ HÜCUMA CƏHD ETDİ, ƏSİR DÜŞDÜLƏR - Müdafiə Nazirliyi açıqladı

Baxış sayı:
1261

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.