​“Düşmənə təsir göstərmək üçün daha ciddi hərbi əməliyyatlara ehtiyac var”

Baxış sayı:
13699

Etibar Məmmədov: “Belə xırda şeylərlə Ermənistana təsir göstərmək olmaz”

Dövlət Sərhəd Xidmətinin Qazax istiqamətində neytral ərazini nəzarətə götürməsi və 4 yeni sərhəd döyüş məntəqəsi yaratması cəmiyyətdə böyük sevincə səbəb olub.
Bəs hərbçilərimizin bu uğuru Azərbaycan diplomatiyasının da mövqelərini möhkəmləndirə bilərmi? Ümumiyyətlə, hərbi uğur və qələbələrin İrəvanı sülh danışıqlarında iştiraka və güzəştə vadar etməsi mümkündürmü?
Moderator.az-a açıqlama verən AMİP-in fəxri lideri Etibar Məmmədov Ermənistanı güzəştlər vadar etmək üçün daha böyük qələbələrə ehtiyac olduğunu bildirdi:
“DSX tərəfindən nəzarətə götürülən torpaqlar bizim ərazimizdir. Hansı ki, bu vaxta kimi neytral zona kimi tanınırdı. Bizim Silahlı Qüvvələrimiz onu nəzarət altına almamışdı. Indi isə öz nəzarətlərinə alıblar. Bunu böyük hərbi əməliyayt adlandırmaq olmaz. Onlar üzərlərinə düşən vəzifəni yerinə yetiriblər. Belə xırda şeylərlə ermənilərə təsir göstərmək olmaz. Ermənilərə təsir göstərmək üçün ciddi hərbi əməliyyatlar keçirilməlidir. Düşmən işğaldakı torpaqlarımızda sakit yaşamamlıdır. Imkan vermək olmaz ki, təcavüzkar zəbt etdiyi torpaqlarda sakit yaşasın. Bu isə bizim Silahlı Qüvvələrimizin üzərinə düşən bir işdir”.