Dünyanın ən yaxşı pasportları - Siyahıda HANSI ÖLKƏLƏR VAR?

Baxış sayı:
7483

Dünyanın ən yaxşı pasportları açıqlanıb. "Quality of Nationality Index"in (QNI) reytinqində liderlik bu dəfə də Fransaya məxsus olub. Fransa pasportu 8-ci ildir ki, siyahıya liderlik edir. Builki göstərici 83,5% təşkil edib. Reytinqin tərtibatında dövlətin iqtisadi gücü, insan potensialının inkişaf səviyyəsi, viza əlaqələri, ümumi stabillik və nizam-intizam, eyni zamanda başqa ölkələrə iş və yaşayış üçün getmək imkanları nəzərə alınıb. İkinci yerdə 82,8%-lə Almaniya pasportu, 3-cü yerdə isə 81,7%-lə Danimarka qərarlaşıb. İsvev və Norveç 81,5%, İslandiya isə 81,4%-lə digər yerləri bölüşüb. İlk onluqda Finlandiya, İtaliya, ABŞ, İrlandiya və İspaniya da var. Rusiya 42%-lə 62-ci pillədə qərarlaşıb.//Publika