Dünyada koronavirusa daha 101,5 min yoluxma qeydə alınıb

Baxış sayı:
267

Dünyada koronavirusa yoluxanların sayı 5,2 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, son bir gündə dünyada COVID-19-a yoluxanların sayı 101 min nəfər artıb. Bu halda infeksiya ilə bağlı ölüm hallarının da sayı 4,2 min nəfər artaraq 337 minə çatıb.

Qeyd edilir ki, dünyada koronavirusa ümumilikdə 5 204 508 yoluxma qeydə alınıb, 337 687 nəfər pandemiyanın qurbanı olub. Son bir gündə virusa daha 101 502 yoluxma, 4 286 ölüm qeydə alınıb.

Şimali və Cənubi Amerika regionu dünyada təhlükəli virusa yoluxma hallarının sayına görə birinci yerdədir. Bu regionda 2 338 124 virus daşıyıcısı var. Qitədə koronavirus xəstələri bir gün ərzində daha 55 636 nəfər artıb.

Amerika qitəsində son sutkada pandemiyadan ölənlərin sayı 2 932 nəfərə artaraq 138 116-ya çatıb. 

Avropada koronavirusa 2 006 984 yoluxmuş şəxs var. Köhnə qitədə 173 886 nəfər pandemiyanın qurbanı olub. Avropada son 24 saatda virusa yoluxanların sayı 19 327 nəfər, ölənlərin sayı 928 nəfər artıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.