DƏHŞƏT: Toya gedən ata və oğlu GÜLLƏLƏNDİ - FOTO

Baxış sayı:
3406

Türkiyənin Pendik qəsəbəsində toyda 3 nəfər güllələnib.
Muxalifet.az
Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, qəsəbənin Kavakpınar məhəlləsində küçədə keçirilən toy mərasimində bir qrup şəxs arasında dava düşüb. Dava zamanı tərəflərdən biri digərinə atəş açıb və 3 nəfər güllələnib.
Xəsarət alanlardan Şenol Kara xəstəxanaya aparılarkən ölüb. Onun atası və digər qohumu isə ağır vəziyyətdə Mərmərə Təhsil-Araşdırma Klinikasına yerləşdirilib.
Artıq cinayətdə iştirak etmiş 3 nəfər tutularaq istintaqa təhvil verilib.//publika

Dəhşətli qətl - Toya gedən ata və oğlunu güllələdilər - FOTO