Deputatlar tualetin təntənəli açılışında iştirak etdilər - FOTO

Baxış sayı:
2911

Rusiyanın Novosibirsk şəhərində təbəssüm doğuracaq hadisə baş verib. Belə ki, deputatlar bu şəhərdə təntənəli şəkildə “Ağ şeh” kottec qəsəbəsindəki son dayanacaqda ictimai tualetin təntənəli açılışını ediblər. Qeyd edək ki, şəhər hakimiyyəti bu layihənin həyata keçirilməsi üçün dörd milyon milyon rubl ayırıb. Səlahiyyətlilər bu gün ictimai nəqliyyatın son dayanacaqlarının düzəldilməsini yüksək qiymətləndiriblər: asfalt örtük, dayanacaq pavilyonu, isti tualet, dönmə və dayanacaq üçün rahat platforma. Rəhbərlik gələn il də bu layihənin inkişafı üçün müəyyən layihələr həyata keçirəcək. Son dayanacaq nöqtələrini tənzimləmək üçün bu proqramın inkişafını davam etdirilməsi məqsədəuyğun hesab edilib./konkret.az