David Bakradze: "Xanım Zurabişvilinin Gürcüstan Silahlı Qüvvələrindən üzr istəməsini tələb edirik"

Baxış sayı:
8158

"Xanım Salome Zurabişvilinin silahlı qüvvələrdən üzr istəməsini tələb edirik". Muxalifet.az xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan" partiyasının liderlərindən biri olan David Bakradze ötən gün Prezident Salome Zurabişvilinin verdiyi açıqlamanı dəyərləndirərkən deyib. O, Salome Zurabişvilinin açıqlamasını "ölkənin ən hörmətli və dəstəklənən dövlət qurumuna təhqir və hücum" olaraq qiymətləndirib. “Gürcüstanın Ali Baş Komandanı deyib ki, 'Gürcüstanın ordusu yoxdur və olmayacaq da". Hesab edirik ki, bu ölkənin ən hörmətli və dəstəklənən dövlət qurumuna təhqir və hücumdur. Silah əlində, ölkəmizin təhlükəsizliyini qoruyan hər bir şəxsə hörmətlə yanaşmalıyıq. Belə insanların hər biri bir qəhrəmandır, çünki bu ölkənin mövcud olması üçün canlarını fəda edirlər. Xanım Zurabişvilinin Silahlı Qüvvələrdən, hər bir əsgərdən və zabitdən, xüsusən də son vaxtlar Əfqanıstanda baş verən terror aktında yaralanan Gürcüstan sülhməramlılarından üzr istəməsini tələb edirik",-deyə D.Bakradze bildirib. Muxalifet.az