​Cəzaçəkmə müəssisəsinə bu yolla narkotik keçirtmək istədilər

Baxış sayı:
10399

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.3-cü və 67.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rəsulov Taleh Çingiz oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Qələndərov Pərviz Əhməd oğlunun üzərinə baxış keçirilib. Baxış zamanı onun cibində gizlədilmiş bükülünün içərisində 0,168 qram heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.