Çavuşoğlundan Münbiç açıqlaması!

Baxış sayı:
21568

Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov ilə birgə mətbuat konfransı təşkil edib.
 
Çavuşoğlunun açıqlamasıından sətir başları:
“Terrorizmə və hər cür terrora qarşıyıq. Biz də terror təşkilatları ilə mübarizə aparırıq. Biz bilirik ki, ABŞ-ın 5 təhlükəsizlik və ya hərbi təhlükəsizlik işçiləri ölüb, digər şəxslər haqqında isə təsdiq edilmiş məlumat yoxdur. Suriyada müharibə başlayandan bəri terrorizm var. Terror təşkilatı bizim qətiyyətimizə və qərarlarımıza təsir etməməlidir.
 
SURİYADA TƏHLÜKƏSİZ BÖLGƏ: ABŞ-la DANIŞMAĞA DAVAM EDƏCƏYİK
 
Təhlükəsizlik bölgəsi məsələsi Suriya böhranının başlanğıcından etibarən Ərdoğanın səsləndirdiyi bir mövzudur. Biz ABŞ tərəfi ilə danışıqları davam etdirəcəyik. Təhlükəsiz zona Suriyanın şimalında sabitlik üçün vacibdir. Sabitlik, Suriyalıların qayıtması terrorizmlə mübarizədə əhəmiyyətlidir. ABŞ ilə danışıqlar aparmağa davam edəcəyik”.
Müxalifət.az