"Bundan sonrası ancaq müharibə..." - Prezident

Kommunist Partiyasının silahlı qolu Yeni Xalq Ordusu ilə bundan sonra sülh danışıqları aparmayacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Filippin Prezident Rodriqo Duterte bildirib.
O bildirib ki, bundan sonra müharibəyə icazə verəcək.
Qeyd edək ki, Duterte kommunistlərlə bütün sülh danışıqlarını təxirə salmaqla, yarım əsr davam edən sülh danışıqlarına zərbə vurmuş olub.