Bu ölkəyə güclü siklon yaxınlaşır - Sürəti saatda 120 kilometrdir

Baxış sayı:
4126

Almaniyaya Belçika sərhədindən güclü “Eberhard” siklonu yaxınlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Meteoroloji Xidməti məlumat yayıb. Küləyin sürəti saatda 120 kilometrə çatır. 

Meteoroloji Xidmətin tvitterdən verdiyi məlumata görə, uraqan ilk olaraq Şimali Reyn-Vestfaliya və Reynland-Pfalç regionlarını vurub. 

Siklonun gücü Bofort şkalası üzrə maksimum 12 bal gücündə dəyərləndirilir. Mütəxəssislər belə küləyin əhəmiyyətli dağıntılara səbəb olacağını söyləyirlər. Meteoroloqlar, həmçinin açıq məkanlardan uzaq durmağı tövsiyə edirlər.