Bərzaninin MAFİYA DÖVLƏTİ: SƏRVƏTİ DODAQ UÇUQLATDI

İKYB başqanı Məsud Bərzani Korək Telekom, neft gəlirləri və mərkəzi hökumətdən aldığı payları şəxsi sərvətə çevirib. Bərzaninin sərvətinin 55 milyard dollar olduğu bildirilir.
 
Məsud Bərzani, İsrail və ABŞ-ın dəstəyi ilə keçirdiyi 25 sentyabr  referendumundan sonra Yaxın Şərqin ən çox danışılan fiquru halına gəldi. “Yeni Şəfəq”ə danışan Kürd əsilli İraqlı keçmiş bürokrat, Bərzaninin özü, oğlu, qardaşları və qardaşlarından ibarət bir dərəbəylik rejimi qurduğunu və Maliyyə Nazirliyi qurumunun sadəcə bir görüntü olduğunu və bütün gəlirlərin Bərzaniyə məxsus şəxsi hesablarda tutulduğunu bildirib. Heç bir nəzarət olmadan 1992-ci ildən bu yana tayfanın fövqəladə zənginliyə malik olduğuna diqqət çəkən İraqlı keçmiş bürokrat, Ərbildə insanların həyat standartı illər boyu dəyişməzkən, tayfanın gəlirlərinin isə əks istiqamətdə böyüdüyünə diqqət çəkib.
 
 BƏRZANİYƏ QARŞI ÜSYAN ETMİŞDİ
 
 Ərbildə 2009-2014 illəri arasında rəhbər vəzifələrdə olan keçmiş bürokrat, ABŞ və İsrailin kuklası olan Bərzaninin 55 milyard dollarlıq fərdi sərvətinin olduğunu deyib. İraqın şimalında 2012-2017 illər dövründə 45-dən çox neft quyusunu işğal edən Bərzaninin Habur Sərhəd Qapısı, Korək Telekom, qaz-neft gəlirləri və mərkəzi hökumətdən aldığı payları şəxsi sərvətə çevrildiyini deyən mənbə, bir dövr maliyyə naziri olan Rebaz Hamlanın da həmin qeyri-qanuni fəaliyyətlərdən narahat olub, üsyan etdiyini xatırladıb. İraq Regional Kürd Rəhbərliyi maliyyə naziri vəzifəsində olan Kürək Çəkinin, "hökumətə gəlməsi lazım olan bütün pulların Bərzaninin hesabına köçürülməsindən dolayı və qazanılan pulun infrastruktur sahələrinə xərclənməməsi səbəbindən Bərzaniyə qarşı çıxdığını qeyd edən bürokrat, “Bərzani, öz tayfasını zənginləşdirərkən, bölgə xalqını 1991-ci ildən əvvəlki illərə nisbətdə daha çox yoxsullaşdırdı" deyə, bildirib.
 
 BİR ÇOX ÖLKƏDƏ İNVESTİSİYALARI VAR
 
Bərzaninin Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və İngiltərə kimi ölkələrdə ciddi investisiyaları olduğunu dilə gətirən Şimali İraqlı mənbə, tayfaya birbaşa və ya dolayı yolla bağlı şirkətlərin dənizçilik, lojistik-daşıma, ərzaq, metal sənəti, tikinti və neft ticarəti başda olmaqla, bir çox sektorda fəaliyyət göstərdiyi məlumatını verib. Keçmiş bürokrat, Türkiyə sərhədindəki Habur və İrana açılan Başmaq Sərhəd Məntəqələrinin tayfa üçün neft qədər mühüm gəlir mənbəyi olduğuna da işarə edərək "Ərbil, bir mafiya quruluşu yaradaraq bütün gəlirləri bir tək insanda topladı" - deyə danışıb.
Müxalifət.az