Britaniya kəşfiyyatının zabiti İstanbulda ölü tapıldı

Baxış sayı:
5616

"Ağ dəbilqələr" təşkilatının yaradıcılarından biri, "Mi-6" Britaniya kəşfiyyatının eks-zabiti Ceyms Le Mezyurye Türkiyənin İstanbul şəhərində yerləşən evində ölü vəziyyətdə tapılıb. 

Muxalifet.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə "Sözcü" qəzeti polisdəki mənbəsinə istinadən xəbər verib.

Mezyuryenin cəsədi bazar ertəsi səhər saatlarında yaşadığı evin həyətində qonşuları tərəfindən tapılıb. Mərhumun evinə gələn polis qapını döyüb. Qapını açan Mezyuryenin həyat yoldaşı ərinin ölüm xəbərindən şok keçirib.

"RİA Novosti" yazır ki, qadının sözlərinə görə, ölümündən əvvəl Mezyurye bir müddət antidepressantlar qəbul edib. İlkin ehtimala görə, o, eyvana çıxıb və oradan evin həyətinə yıxılıb.

Faktla bağlı araşdırma aparılır.