Bərdədə iki avtomobil toqquşub: Ölən var

Baxış sayı:
3622

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. Belə ki, 09-BX-278 dövlət nömrə nişanlı "Mercedes" markalı yük maşını 90-RM-177 nömrə nişanlı "VAZ 21015" markalı maşınla toqquşub. Nəticədə "VAZ 21015"in sürücüsü, 40 yaşlı Abdullayev Musviq Mikayıl oğlu hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.//APA