BMT rəhbərliyindən Türkiyə və Qaşıqçı açıqlaması

Baxış sayı:
6649

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres mətbuat konfransı keçirib.
 
 Konfransda müxtəlif açıqlamalar verən Guterres, Suriyada ABŞ-ın çəkilməsi ilə Birləşmiş Millətlərin bölgədə olub olmayacağı istiqamətində sualları cavablandırıb. Belə bir şeyi düşünmədiklərini bildirən Guterres, regiondakı problemlərin həll edilməsi üçün 3 əsas prinsiplərinin olduğunu deyib.
Guterres bu 3 əsas prinsipi isə, "Suriyanın ərazi bütövlüyünün qorunması, ətrafdakı Türkiyə kimi ölkələrin haqlı təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması və Suriyadakı etnik struktur" şəklində sıralayıb.
Baş katib hər hansı bir tələb olduğu təqdirdə vəziyyəti bu üç meyara görə dəyərləndirəcəklərini bildirib. Guterres hazırda Suriyada olmaq kimi bir planları olmadığını isə vurğulayıb.
 
Hər hansı bir istintaq başlatma səlahiyyətim yoxdur
 
 Camal Qaşıqçı qətlinə də toxunan Guterres, etibarlı bir istintaqın əhəmiyyətli olduğunu ifadə edərək, "Hər hansı bir istintaq başlatma səlahiyyətim yoxdur, baş katib hüquqi bir istintaq başlada bilməz. Əgər Təhlükəsizlik Şurası istəsə, edə bilərəm. Bəzi hallarda da ümumi sessiyada tələb etmək mümkündür. Amma mənim belə bir səlahiyyətim yoxdur" deyib.
Gutteres həmçinin heç bir ölkədən də belə bir tələb gəlmədiyini sözlərinə əlavə edib.
Müxalifət.az