Biznesmenlər, qocalar, susanlar və dava edənlər... - Məclisdə köklü dəyişiklik

Baxış sayı:
6987

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Yada salaq ki, hakim partiya dünən bununla bağlı Siyasi Şuranın toplantısını keçirib. Toplantıda YAP-ı Milli Məclisdə təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı ölkə başçısına müraciət etmələri barədə tövsiyyə qərarı qəbul edilib. Hakim partiya bu addımı ölkədə aparılan islahatların qanunverici orqanı da əhatə etməsinin zəruriliyi ilə izah edir. Həm islahatlar amilini, həm də Prezident İlham Əliyevin eyni zamanda YAP sədri olduğunu nəzərə alsaq müraciətə müsbət cavab veriləcəyi gözlənilir. Növbədənkənar parlament seçkiləri nəticəsində formalaşacaq parlament barədə isə müxtəlif mülahizələr səsləndirilir. Yeni parlamentin indikindən əhəmiyyətli dərəcədə fərqlənəcəyi mülahizələrdə qırmızı xətlə keçir. Ehtimal olunur ki, biznesmen, yaşlı, 20 ildən artıq mandat daşıyan, qalmaqallı və fəaliyyəti hiss olunmayan deputatlar yeni parlamentdən kənarda qalacaq. Bu ehtimallar doğrulsa, o zaman Milli Məclisin indikinin tərkibinin yarıdan çoxu mandatı ilə vidalaşmalı olacaq. Yenisabah.az mandatlarını itirəcyəi ehtimal olunan deputatları qruplaşdıraraq təqdim edir. Bəribaşdan qeyd edək ki, bəzi deputatlar bir neçə qrupda yer alır. Biznesmen deputatlar Ağalar Vəliyev – “Azəraqrartikinti” ASC-nin sədridir. Cavid Qurbanov – “Azercon” Açıq Səhmdar Cəmiyyəti. Bundan başqa, Cavid Qurbanov “TOPAZ”ın səhm paketlərini də alıb. C. Qurbanov Pirşağıda “Həyat”, Qubada “Dəvədabanı” istirahət mərkəzlərinin də sahibidir. Rüfət Quliyev - “European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. ASC Azərbaycanda tütün məmulatları istehsal edir. Hacı Salayev - “TRUST” mühafizə şirkətinin ona məxsus olduğu bildirilir. Əsabil Qasımov - Deputat seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub. 2006-cı ildə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. “Karmen” un və makaron məmulatlarının istehsalçısı qismində çıxış edən “Karat” dəyirmanı, “Dimes” meyvə şirələrini istehsal edən konserv zavodunun da Əsabil Qasımova məxsus olduğu bildirilir. Hüseynbala Mirələmov – Şıx çimərliyində yerləşən “1001 gecə” restoranının sahibidir. Mahir Aslanov - “Kəpəz Group” şirkətinin sahibidir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, “Kəpəz” hotel, “Happy İnn” hotellər şəbəkəsinin də ona məxsus olduğu bildirilir. Əliağa Hüseynov - Bakının Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Atlantis” şadlıq sarayı və “Adanalı Hasan Kolcuoğlu” restoranın sahibidir. Deputatın Salyanda fermer təsərrüfatının olduğu barədə də məlumatlar var. Сavanşir Feyziyev – “Avromed” şirkətinin təsisçisidir. Bu şirkət Azərbaycanda dərman satışını təşkil edən ən şirkətlərdən biridir. Azər Badamov – Bir müddət əvvəl jurnalist Cavanşir Həsənli məlumat yaymışdı ki, deputat Qusarın Azər Xanmətov küçəsində sahəsi 512 kv.m ikimərtəbəli ticarət mərkəzi tikdirib. Obyekt bu ilin yanvarında istifadəyə verilib. Yaşlı deputatlar Zeynəb Xanlarova 83 yaş Ağacan Abıyevin 82 yaş Fəttah Heydərov 81 yaş Yaqub Mahmudov 80 yaş Ziyad Səmədzadə 79 yaş Elxan Süleymanov 79 yaş Arif Rəhimzadə 78 yaş Xanhüseyn Kazımlı 77 yaş Eldar İbrahimov 74 yaş Rafiq Məmmədhəsənov 74 yaş Hüseynbala Mirələmov 74 yaş Valeh Ələsgərov 73 yaş Mixail Zabelin 73 yaş Əliağa Hüseynov 73 yaş Vahid Əhmədov 72 yaş Madər Musayev 72 yaş Əhliman Əmiraslanov 72 yaş Fəzail Ağamalı 72 yaş Flora Qasımova 72 yaş Hadi Rəcəbli 72 yaş Tahir Süleymanov 71 yaş Yevda Abramov 71 yaş Mahir Aslanov 70 yaş İsa Həbibbəyli 70 yaş Şəmsəddin Hacıyev 69 yaş Mirkazım Kazımov 69 yaş Tahir Rzayev 69 yaş Elman Məmmədov 69 yaş Rasim Musabəyov 68 yaş Bəxtiyar Sadıqov 68 yaş Fəzail İbrahimli 68 yaş Araz Əlizadə 68 yaş Eldar Quliyev 68 yaş Cavanşir Paşazadə 66 yaş Asim Mollzadə 66 yaş Elmira Axundova 66 yaş Aqil Abbas 66 yaş Əli Məsimli 66 yaş Gövhər Baxşəliyeva 65 yaş Sabir Hacıyev 65 yaş Rafael Hüseynov 65 yaş Mirzəcan Xəlilov 65 yaş 20 il və ondan artıq deputat olanlar Hadı Rəcəbli -1995-ci ildən millət vəkilidir. Fəzail Ağamalı -1995-ci ildən millət vəkilidir. Xanhüseyn Kazımlı - 1995-ci ildən millət vəkilidir. Zeynəb Xanlarova - 1995-ci ildən millət vəkilidir. Arif Rəhimzadə - 1995-ci ildən millət vəkilidir. Ziyafət Əsgərov -1995-ci ildən millət vəkilidir. Fəttah Heydərov - 1995-ci ildən millət vəkilidir. İmamverdi İsmayılov -1995-ci ildən millət vəkilidir. Vasif Talıbov -1995-ci ildən millət vəkilidir. Madər Musayev - 1995-ci ildən millət vəkilidir. Eldar İbrahimov - 1995-ci ildən millət vəkilidir. Nizami Cəfərov - 2000-ci ildən millət vəkildir. Bəxtiyar Əliyev - 2000-ci ildən millət vəkilidir. Əli Hüseynli - 2000-ci ildən millət vəkilidir. Səməd Seyidov - 2000-ci ildən millət vəkilidir. Oqtay Əsədov - 2000-ci ildən millət vəkilidir. Aydın Mirzəzadə - 2000-ci ildən millət vəkilidir. Yaqub Mahmudov - 2000-ci ildən millət vəkilidir. Elman Məmmədov - 2000-ci ildən millət vəkilidir. Bəxtiyar Sadıqov - 2000-ci ildən millət vəkilidir. Gövhər Baxşəliyeva - 2000-ci ildən millət vəkilidir. Bahar Muradova - 2000-ci ildən millət vəkilidir. Siyavuş Novruzov - 2000-ci ildən millət vəkilidir. Mixail Zabelin - 2000-ci ildən millət vəkilidir. Məlahət İbrahimqızı - 2000-ci ildən millət vəkilidir. Musa Quliyev - 2000-ci ildən millət vəkilidir. Asim Mollazadə - 2000-ci ildən millət vəkilidir. Fəzail İbrahimli - 2000-ci ildən millət vəkilidir. Səttar Mehbalıyev - 2000-ci ildən millət vəkilidir. Mirkazım Kazımov - 2000-ci ildən millət vəkilidir. Siyahıdakı deputatlardan Hadı Rəcəbli həm də Azərbaycan SSR Ali Sovetinin XI (1985-1990), Zeynəb Xanlarova XI (1985-1990) və XII (1991), Madər Musayev XII (1991), Arif Rəhimzadə XI (1985-1990) və XII (1991), Eldar İbrahimov XII (1991) çağırış deputatlarıdır. Fəttah Heydərov 1990-1995–ci illərdə deputatları olublar. Qalmaqallı deputatlar İqbal Məmmədov - Sahibi olduğu “Relaks” İstirahət Mərkəzində Vergilər Nazirliyinin əməkdaşlarının döyülməsi ilə gündəmə gəlib. Lerikdə fəaliyyət göstərən sözügedən istirahət mərkəzində vergi əməkdaşlarını İqbal Məmmədovun oğlu və yaxın qohumları döymüşdü. Məlumatlarda iddia olunurdu ki, onlara göstərişi deputat verib. İqbal Məmmədov əvvəlcə hadisəni təkzib etsə də, rəsmi qurumların məlumatından sonra bu barədə danışmamağa üstünlük verib. Elmira Axundova - O, oğlu Həbib Axundovun əməlləri ilə gündəmə gəlib. Əvvəlcə Həbib Axundovun adı dələduzluq əməlində halladırılırdı. Daha sonra deputatın oğlu model, "Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın ölümündə və dərman mafiyasında çəkilməyə başladı. Sona Əliyeva - Deputatın anası Bəşirə Əliyeva mətbuata açıqlama verərək qızını atasının bütün əmlakını ələ keçirməkdə ittiham edib. Bəşirə Əliyeva oğlu ilə birgə iddia edib ki, Sona Əliyeva yaxınlarını deputat statusu ilə təhdid edirmiş. Sona Əliyeva ittihamlara cavabında ailə üzvləri tərəfindən şantaja məruz qaldığnı bildirib. Cavanşir Feyziyev - Ona məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Deputat qəza törədilən zaman sükan arxasında özünün deyil, sürücüsünün olduğunu, özünün həmin Brüsseldə səfərdə olduğunu qeyd etsə də, ictimai rəy bunu özünümüdafiə xarakterli açıqlama kimi qiymətləndirib. Hüseynbala Mirələmov - Qardaşı oğluna görə gündəmə gəlib. Deputatın qardaşı oğlu Rəşad Mirələmov “1001 gecə” istirahət məkanında mübahisə zəminində Ramal Bayramov adlı şəxsi güllələyərək öldürüb. Hadisə 7 il əvvəl olsa da, Hüseynbala Mirələmovun adı çəkiləndə dərhal bu məsələ yenilənir. Araz Əlizadə - Hər dəfə verdiyi açıqlamaları ilə hakimiyyəti çətin vəziyyətdə qoyub. Tahir Kərimli - Açıqlamaları ilə ictimai rəydə mənfi reputasiyalı personaya çevrilib. Naqif Həmzəyev - Məhəmməd Əmin Rəsulzadə barəsində açıqlaması ilə hədəfə gəlmişdi. Fəaliyyəti hiss olunmayan deputatlar İmamverdi İsmayılov Madər Musayev Xanlar Fətiyev Ülviyyə Həmzəyeva Malik Həsənov Mirkazım Kazımov Eldar Quliyev Pərvin Kərimzadə Təbii ki, bütün bunlar sadəcə mülahizələrdir. Yeni parlamentin indiki tərkibdən hansı dərəcədə fərqlənəcəyini dəqiqliyi ilə növbədənkənar seçkilərdən sonra biləcəyik.