"Bizim Suriya torpaqlarında gözümüz yoxdur, gözü olanlara...” - Ərdoğandan SƏRT MESAJ

Baxış sayı:
16303

Suriyada nə işiniz var?", "Nə zaman çıxacaqsınız?” deyə hər kəs bizə ağıl verir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda türklərlə görüşündə deyib.
“Bunu deyənlərə bir cavabım var: Bəs, sizin Suriyada nə işiniz var? Oradan nə zaman çıxacaqsınız? Suriya ilə sərhəd xəttiniz varmı? Yoxdursa, nə işiniz var? 10 min km uzaqdan ora gəlirsiniz. Biz bu terrorçuları təmizləyənə qədər oradan çıxmayacağıq. Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Amma gözü olanlar, lütfən, tərk edin”, - deyə türk lider bildirib.
Muxalifet.az