Biz intiqam alınmasını istəmədik - Serbiyadan qətliama münasibət

Baxış sayı:
7999

Serbiyanın Yeni Zelandiyadakı terror hücumu ilə heç bir əlaqəsi yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Serbiyanın Xarici İşlər naziri İvitsa Daçiç deyib.
O bildirib ki, terrorçunun Çetnik serb marşı ilə qətliam törətməsi onun Serbiya ilə əlaqəsinin olduğu anlamına gəlmir:
“Biz heç kimdən qurbanların intiqamının alınmasını istəmədik. Bu məsələdə sui-istifadə edilməsini qınayırıq. Bu kimi olaylar bizə zərər verir”.
Qeyd edək ki, Yeni Zelandiyadakı terror aktının icraçısı Brenton Tarrant qətliamı serb və ingilis marşının müşayiəti ilə törədib.
Onun silahında həmçinin müxtəlif dillərdə yazılar da qeyd olunmuşdu.