BİR GECƏDƏ 150 İŞĞALÇI MƏHV EDİLDİ - Ukrayna Silahlı Qüvvələri Rusiyanin daha bir təyyarəsini vurdu / SİYAHI

“Gün ərzində işğalçılardan həlak olanların sayı 150 nəfər artaraq 32,3 min nəfərə çatıb”.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Fevralın 24-dən iyunun 13-dək düşmənin ümumi döyüş itkiləri təqribən belədir: 32 300-ə yaxın (son sutka ərzində +150) canlı qüvvə məhv edilib”, - məlumatda deyilir.
Həmçinin müharibə zamanı işğalçıların aşağıdakı texnikaları məhv edilib.
təyyarə - 213 (son sutka ərzində +1);
tanklar - 1432 ədəd (+2);
zirehli döyüş maşınları - 3492 (+8);
artilleriya sistemləri - 718 (+3);
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 585 (+3);
avtomobil avadanlığı və sisternlər - 2460 (+5) ədəd.
Bu günə qədər düşmənin 226 MLRS-i məhv edilmişdir; Bundan əlavə 97 hava hücumundan müdafiə sistemi; 178 helikopter; 13 ədəd gəmi / qayıq; 54 ədəd xüsusi texnika sıradan çıxarılmışdır.
Baş Qərargahın əməliyyat məlumatlarına görə, işğalçıların ən böyük itkini Baxmut istiqamətində verib.
Muxalifet.az