Bir-biri ilə sevgili olan məhşurlar - SİYAHI

Baxış sayı:
9079

Şou-biznes nümayəndələrinin sənəti qədər şəxsi həyatları da tamaşaçılar üçün hər zaman maraqlı olub. Onların kimlə sevgili olub ayrıldığı, kimlə ailə qurduğu sevənləri üçün daim müzakirə mövzusuna çevrilib. Bir çox şou nümayəndələri öz şəxsi həyatını gizlətməyə cəhd etsə də bəziləri üçün bu mümkünsüz olub. Çünki eşq yaşadıqları insan elə öz tərəf nümayəndələri olub. BiG.AZ bir-biri ilə sevgili olan şou-biznes nümayəndələrini araşdırıb. Həmin siyahını təqdim edirik: Xalq artisti Aygün Kazımova Meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olub. Onların münasibəti birlikdə oxuduqları duetlərlə başlayıb. Lakin bu sevgi uzun çəkməyib. Hazırda Namiq Qaraçuxurlu evlidir və ikinci evliliyindən bir qızı var. Meyxanaçının birinci nikahından iki oğlu var. Qeyd edək ki, xalq artisti daha əvvəl İlqar adlı şəxslə ailəli olub. O, nikahdan İlqarə Kazımova dünyaya gəlib. Rəqqasə Oksana Rəsulova reper Elşad Xose ilə 2012-ci ildə ailəli olub. Qısa zamanda ayrılan cütlük hazırda subaydır. Oksana Rəsulova reperdən pis vərdişləri olduğuna görə ayrılıb. Rəqqasənin uşağını itirməsi də ayrılığa səbəb olub. Mətbuatda yayılan məlumata görə, Elşad Xosenin Oksananın avtomobilini satması da ikilinin evliliyinə son qoymasına şərait yaradıb. Bundan sonra dəfələrlə bir arada görünsələr də hazırda ayrıdırlar. Tunar Rəhmanoğlunun sevgi oxu bir neçə dəfə daşa dəyib. O, Çiçək adı ilə tanınan radioaparıcı Şəhla Vakasla nişanlı olub. Daha sonra cütlük ayrılıb. Azər İsmayılov və Vüsalə Əlizadə ATV telekanalında tanış olublar. 2013-cü ildə ayrılan cütlüyün Dilək adlı qızları var. Azər İsmayılov bir müddət əvvəl ikinci dəfə ailə qurub. Aparıcı çox xoşbəxt olduğunu deyib. Vüsalə Əlizadə isə subaydır. Əməkdar artist Tünzalə Ağayeva prodüser Rəhmanla ailəli olub. Bir qızı var. İfaçı hazırda subaydır. Teleaparıcı Cavid Gül və "Səs Azərbaycan" yarışmasının iştirakçısı ,müğənni Samirə Əfəndi sevgi münasibəti yaşayıblar. Lakin münasibət uzun sürməyib. Ayan Babakişiyeva Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev ilə eşq həyatı yaşayıb. Onların bu münasibətdən 2014-cü ilin martın 1-də qız övladı dünyaya gəlib. Lakin bir müddət sonra onlar ayrılıblar. Tanınmış müğənni Fədayə Laçının Keçmiş duet ortağı Tacir Şahmalıoğluyla sevgili olduğu ilə bağlı xəbərlər də çox gəzib. Lakin müsahibələrinə hər iki məşhur bu məlumatın yalan olduğunu deyib. Nura Suri ilə Samir Cavadzadə də bir-biri ilə eşq yaşayan məşhurlar sırasındadılar. İllərdir dostluq edən məşhurlar yayılan xəbərləri yalanlayıblar.