Bakıya yeni gəldi, köklü islahatlara başlayır - “Qara siyahı”da 6 nəfər var

Baxış sayı:
12943

Bakının "Sabah" klubunda qış fasiləsində əsaslı dəyişikliklər olacağı gözlənilir. "Yeni Sabah"a daxil olan məlumata görə, komandaya ötən ay baş məşqçi gətirilən xorvatiyalı Jelko Sopiç köklü islahatlara başlayır. O bir çox futbolçunun çıxışından narazıdır və onların içində həm əcnəbi, həm də azərbaycanlılar var. Belə ki, çalışdırıcı Təmkin Xəlilzadə, Məhhəmməd Mirzəbəyov, Kərim Diniyevin çıxışından narazıdır. Əcnəbilərə gəlincə, Rocer Roxas, Kökcü Ozan Can, Ekşteyn Hendrik də qış fasiləsində klubdan göndərilə bilər. Xatırladaq ki, yayda heyətini kifayət qədər genişləndirən paytaxt təmsilçisi 13 xalla 6-cı sıradadır.