​Bakının bəzi hissəsində işıq olmayıb

Baxış sayı:
7000

Ötən gün güclü külək nəticəsində Bakının bəzi ərazilərdə elektrik enerjisinin verilişində problem yaranıb.
Məlumata görə, şəhərin Nərimanov, Əhmədli, Masazır ərazisində elektrik enerjisinin verilişində fasilələr olub.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a bildirib ki, dünən bir ərazidə problem olub:
“Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş ərazisində elektrik enerjisinin verilməsində problem yaranıb. Əraziyə verilən enerji oranın balansındadır. Bizim əməkdaşlar tərəfindən qəza yeri müəyyənləşdi. Gecə 23:00-da elektrik enerjisi bərpa edilib”.
Bakının bəzi ərazilərində işıq olmayacaq
Tanrıverdi Mustafayev qeyd edib ki, dünən maşın elektrik dirəyinin birini aşırıb:
“Digər üç elektrik dirəyini isə külək aşırıb, ərazi üzrə əməkdaşlar problemi həll edib”.
“Azərenerji” ASC-dən isə Oxu.Az-a bildirilib ki, güclü küləyə görə ASC-nin stansiya, yarımstansiya və yüksək gərginlikli ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib:
“Hava şəraiti ilə əlaqədar olaraq 17 yanvar tarixində “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirib”.