Bakının bu hissəsində qaz kəsiləcək
18-07-2019 16:00
Baxış sayı:
12967
Bu gün saat 10:00-dan etibarən Bakının Nərimanov rayonunun “Dəmiryol-30” ünvanında yenidənqurma işləri ilə əlaqədar təbii qaz təchizatı dayandırılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Məlumatda deyilir ki, işlər yekunlaşana qədər 1000 istehlakçının qaz təchizatında fasilə yaranacaq.