Bakıda avtomobillə vurulan piyada öldü

Baxış sayı:
856

Xətai rayonu Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə hadisə dekabrın 12-də saat 18 radələrində baş verib.

Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.