Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ İNTİHAR: POLİS ÖZÜNÜ BAŞINDAN GÜLLƏLƏDİ - Foto/Video, Yenilənib
1-06-2022 12:59
Baxış sayı:
2159

Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.
Allah rəhmət eləsin!
***
Bakı-Sumqayıt yolunda intihar hadisəsi baş verib.
Qafqaz.media apa-ya istinadən xəbər verir ki, yolun Saray qəsəbəsindən keçən hissəsində 99 SM 907 dövlət nömrə nişanlı, "NİVA" markalı avtomobili idarə edən şəxs maşının içində özünə qəsd edib. Onun özünü silahla başından vurduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.