Azərbaycanlı professor və həyat yoldaşı koronavirusa yoluxdu – FOTO

Baxış sayı:
2289

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov koronavirusa yoluxub.

Muxalifet.az xəbər verir ki, bu hada sosial şəbəkədə məlumat verən İ.Abbasov həyat yoldaşının da yoluxduğunu qeyd edib.

“Ev şəraitində beşinci sistemden sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur. Səhiyyəyə güvən qalmadı. Ümud Allaha və bir-birimizədir yalnız. Evdə hökm sürən gərginlik təbii ki, uşaqlara da travmadır. Real şərait onları da müalicə prosesinin vacib subyektlərinə çevirib. Səhiyyəyə ayrılan vəsait vətəndaşın tibbi ehtiyaclarına sərf edilsəydi, daha effektli nəticə alınardı”,-deyə İ.Abbasov bildirib.