Azərbaycanlı məşhur polkovnikə ABŞ-da YÜKSƏK VƏZİFƏ VERİLDİ

Baxış sayı:
16834

Amerikada yaşayan həmyerlimiz Nəimi Amiral Amerika ordusunda yüksək vəzifəyə təyin olunub. Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Belə ki, Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir, həmyerlimiz Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək. Həmyerlimizin namizədliyi ABŞ Senatı tərəfindən 2019-cu il 22 noyabr tarixində təsdiq olunub.