Azərbaycanda kabinetdə 28 yaşlı oğlanı güllələyib öldürdülər

Baxış sayı:
7006

Abşeron rayonunda qətl törədilib.
Muxalifet.az
xəbər verir ki, Pirəkəşkül qəsəbəsində yerləşən "Avropa" kafesində 1984-cü il təvəllüdlü Orxan Gərayov tanışı, 1991-ci il təvəllüdü Kamran Xəlilovu "Makarov" tipli tapança ilə güllələyib. Ağır xəsarət alan K.Xəlilov hələlik istintaqa məlum olmayan şəxslər tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada ölüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.