AZƏRBAYCANA HEROİN KEÇİRMƏK İSTƏYƏN ŞƏXS SAXLANILDI

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 56,5 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.