Azərbaycan dünya nəhənglərini geridə qoydu

Baxış sayı:
22072

2019-cu il üçün dünyanın ən təhlükəsiz ölkələrinin reytinqi açıqlanıb.
Muxalifet.az xəbər verir ki, reytinq “Numbeo” portalı tərəfindən hazırlanıb.
118 ölkənin adının yer aldığı reytinqin zirvəsində Qətər yer alıb. 13.26 cinayət indeksinə sahib olan Qətər siyahıda Yaponiya və BƏƏ kimi ölkələri qabaqlayıb.
Dünyanın ən təhlükəli ölkəsi kimi isə Venesuela seçilib.
Ölkəmiz siyahının 27-ci pilləsində qərarlaşıb. Bu nəticə ilə Portuqaliya, İspaniya, Almaniya, İsrail, İtaliya, Fransa, Rusiya və ABŞ kimi ölkələr reytinqdə Azərbaycandan aşağı pillələrdə qərarlaşıb.