Azərbaycan çempionatında məşqçilər meydandan qovulub - VİDEO

Baxış sayı:
1483

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunda "Zirə" və "Neftçi" komandaları arasındakı oyun zamanı insident baş verib.

Muxalifet.az report-a istinadən xəbər verir ki, 45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.

Buna iki mütəxəssis arasında baş verən mübahisə səbəb olub.

Baş məşqçilər tribunaya qalxdıqdan sonra barışıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik hissəsini birgə izləyiblər.

Qeyd edək ki, oyun "Neftçi"nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan çempionatında məşqçilər meydandan qovulub