​Aydın Xırdalanlı adaşı Aydın Sani haqqında GİZLİNLƏRİ AÇDI: "Get, yerini bil!" - VİDEO

Baxış sayı:
7726

Aydın Xırdalanlı tələbəsi Aydın Sani haqqında heç kəsin bilmədiyi məqamlardan danışıb. Məşhur meyxanaçı bu barədə A24.Az-a açıqlama verib. O, bildirib ki, bir vaxtlar əlindən tutub meyxana deməyə apardığı şəxs indi onun haqqında həqiqətə uyğun olmayan iddialar irəli sürür. Xırdalanlı qeyd edib ki, 10 il əvvəl Axund Azərin təklifi ilə o, Aydın Sanini Maştağada bir neçə toya aparıb, lakin Aydın Sani deyişmələrdə uğursuz olub. Nəticədə Xırdalanlı Axund Azərə bildirib ki, Aydın Sani deyişə bilmir: “Sonra keçdi qəzəl yazmağa. 1-2 il əvvəl də mənə zəng elədi ki, oxumaq istəyirəm. Dedim, oxu, amma deyişməyə baş qoşma. Mənim “Mən bu dünyada ədalət görmədim ki, görmədim” adlı meyxanam var. O vaxtı ev tapşırığı kimi Axund Azərlə yazmışdım. İndi görürəm, girib o meyxananın altında yazıb ki, “Aydın Xırdalanlının repertuarı, Aydın Saninin sözləri”. Bu iddia eləyir ki, guya bu qəzəl onun olub, biz onun üstündə işləmişik. Bizim sənin mövzularına ehtiyacımız yoxdu. Mövzunu sən bizdən alarsan. Necə ki indi oxuduğun bütün mahnıların sözləri Axund Azərə məxsusdur”. A24.Az vasitəsilə xiridarlara müraciət edən Aydın Xırdalanlı ardınca qeyd edib ki, Aydın Saninin sənətlə əlaqəsi yoxdur: “Aydın Sani bu hərəkətilə mənə saymazlıq edib. Mən məcburam burdan deyim ki, Aydın, get, yerini bil”. Aydın Xırdalanlının açıqlamalarını təqdim edirik: