​Avropa Şurası Rusiyaya xəbərdarlıq etdi

Baxış sayı:
4747

Rusiya Avropa Şurasının büdcəsinə ödənişi 2019-cu ilin ortalarınadək bərpa etməsə, qurumun nizamnamə orqanlarına üzv dövlətlərin siyahısından çıxarıla bilər.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib. 
O qeyd edib ki, üzvlük haqlarının iki il ərzində ödənilməməsi sanksiyaların tətbiqi üçün əsasdır. 
Konkret olaraq Rusiyanın Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti dayandırıla bilər.