Avropa İttifaqının Gürcüstandakı səfiri əhalini hökumətə qarşı qiyama çağırdı
29-11-2024 12:58
Baxış sayı:
1863
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski hakimiyyətin Aİ-yə daxil olmaq üçün dialoqu dayandırmaq qərarının "ürəkparçalayan" olduğunu söyləyib.
Qerçinski deyib: "Biz Gürcüstanın qarşıdakı dörd il ərzində Avropa İttifaqına inteqrasiya yolu ilə getmək istəyində olmadığı barəsində cənab Kobaxidzenin bəyanatını eşitdik... Əlbəttə, bu, çox kədərlidir... Şəxsən mənim ürəyimi parçaladı".
Qerçinski gürcü xalqına üz tutaraq öz ölkəsini necə görmək istədiyi barəsində qərarını özünün verməli olduğunu söyləyib. Diplomat deyib: "Biz gürcü xalqını dəstəkləyirik. Biz sizi gözləyəcəyik. Bu, sizin ölkənizdir. Onun harada olmasını istədiyinizlə bağlı qərarı siz verməlisiniz".