Avropa Birliyi İŞİD-ə bağlı vətəndaşlarından imtina edir

Baxış sayı:
10339

 Alman qadın 4 uşağı ilə birlikdə Suriyaya qaytarılacaq
Almaniya mediasının xəbərində deyilir ki, “İslam Dövləti” nin üzvü olmaqda şübhəli bilinən bir alman qadın üç övladı ilə birlikdə geri qaytarılacaq. Almaniyanın ilk dəfədir ki, belə bir addım atır.
Almaniya hakimiyyəti "İslam Dövləti"nin üzvü olduğu bir alman qadının Suriyadakı düşərgədən vətəninə qaytmasını öncə icazə verib.
“Spiegel” jurnalı qadının mərkəzi Almaniyadan olan 30 yaşlı Laura H. olduğunu təsbit edib. O, ölkəni tərk edərək 2016-cı ildə cihadçılara qoşulub. O, və üç övladı ilə birlikdə hazırda kürdlərin idarə etdiyi məhbus düşərgəsində yaşayır. “Spiegel” müəyyən edib ki, onlar Suriyadan İraqın Ərbil şəhərindən keçərək "yaxın günlərdə" Almaniyaya çatacaqlar.
Cümə günü Almaniya rəsmiləri bəyan edib ki, "Suriyanın şimalında saxlanılan üç alman uşağı anaları ilə birlikdə İraqa gedə biləcəklər”.
"İslam Dövləti" ilə sıx əlaqədə şübhəli bilinən qadınlar da artıq Almaniyada həbs və mühakimə ilə üzləşiblər. Laura H.-nın işi təsdiqlənərsə bu, ciddi pressident yarada bilər.
Almaniyanın “DPA” xəbər agentliyinin məlumatına görə, Lauranın ilk əri ABŞ vətəndaşı olub. Ondan da bir qızı var. O, uşaq da hazırda Laura ilə birlikdə qalır.
Alman təhlükəsizlik xidmətində olan məlumata görə, 80-dən çox alman İŞİD üzvü olaraq hazırda Suriyada hərbi düşərgədə əsir olaraq saxlanılır. Bu yaxınlarda rəsmi Berlin cihadçı qadınların geri qaytarılacağını bildirdi.
Avropa Birliyi ölkələri keçmiş "İŞİD" üzvlərini geri almaq istəmirlər. Bu səbəbdən də onlar beynəlxalq təzyiqlərlə üzləşiblər, lakin Avropa rəsmiləri milli təhlükəsizliklə bağlı belə bir addım atıqlarını bəyan edirlər.
 Muxalifet.az