Avqustda azyaşlı qızı ilə itkin düşmüş qadın tapıldı

Baxış sayı:
4600

Azyaşlı qızı ilə yoxa çıxan qadından xəbər var.

Muxalifet.az xəbər verir ki, "Oxu.Az"-ın bölgə müxbiri xəbər verir ki, anasıgilə gedəcəyini deyib azyaşlı qızı ilə evdən çıxan, lakin daha sonra itkin düşən Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qadının həyat yoldaşı Elxan Talıbov bildirib ki, hazırda azyaşlı qızı da onların yanındadır. Ailədə heç bir narahatlıq yoxdur.

Qeyd edək ki, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxmış və Qusar rayonunda itkin düşmüşdü.