Atambayevin televiziyası da əlindən alındı

Baxış sayı:
11323

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin 25 kommersiya bankındakı hesabına həbs qoyulub.
Bu barədə məlumatı Qırğızıstan Baş Prokurorluğu yayıb.
Atambayevin hesabları ilə yanaşı, ailəsinə məxsus olan bütün əmlak, qiymətli kağızlar və səhmlərə də həbs qoyulub. Bişkek həmçinin, Qırğızavtomaş ASC-ni, “Aprel” televiziyasını, “Media Forum” ASC və Aprel İctimai Fondunu da Atambayevin əlindən alıb.